Mingəçevirdə qəza 1000 evi qazsız qoydu

Mingəçevirdə qəza 1000 evi qazsız qoydu
  03 Fevral 2020    Oxunub:2042
Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 millimetr olan qaz xətti zədələnib.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb.

Hazırda birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.


Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti