Bakıda yol polisinə bıçaqla hücum olub

   Bakıda yol polisinə bıçaqla hücum olub
  31 Yanvar 2020    Oxunub:3492
Paytaxtda yol polisi əməkdaşına hücum edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az-a verilən məlumata görə, yanvarın 31-də saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxalanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib. Lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti