Təhsil İdarəsi dərsə getməyənləri internet klublarda axtarır

Təhsil İdarəsi dərsə getməyənləri internet klublarda axtarır
  31 Yanvar 2020    Oxunub:2330
"Birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə ciddi tədbirlər görülür".
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, təhsildən yayınan uşaqların məktəbə cəlb olunması üçün internet klublarda mütəmadi olaraq reydlər keçirilir. "Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti