Bakıdan Moskvaya uçan təyyarə quş dəstəsi ilə toqquşub

 Bakıdan Moskvaya uçan təyyarə quş dəstəsi ilə toqquşub
  30 Yanvar 2020    Oxunub:4852
Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “J2-854” nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna enmək qərarı verib.
Bu barədə Azvision.az-a AZAL-dan məlumat verilib. Bildirilib ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurla enib. Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

Azvision.az



Teqlər: AZAL   Təyyar   Moskva  





Xəbər lenti