Dövlət xidmətləri KOB indeksi üzrə qiymətləndiriləcək

Dövlət xidmətləri KOB indeksi üzrə qiymətləndiriləcək
  30 Yanvar 2020    Oxunub:2311
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli fərmanında "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası"nın hazırlanması ilə bağlı tapşırıq verilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi Qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur.

Bu Qayda ilə müəyyən edilir k, dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub, dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir. Eyni zamanda müəyyən olunur ki, dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillər hansılardır.

Dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür:

- dövlət xidmətinin KOB-un inkişafına təsiri;

- dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.

Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinə təsir edən və mövcud olan maneələrin aşkarlanmasına, KOB subyektlərinin izafi xərclərdən və əlavə vaxt itkisindən azad edilməsinə və daxili bazarın mövcud vəziyyətinin real göstəricilərinin aşkara çıxarılmasına imkan verəcək.

Azvision.az


Teqlər: KOB   Nazirlər-Kabineti  





Xəbər lenti