Xalq artisti Rübabə Muradovanın xatirəsi anılacaq

Xalq artisti Rübabə Muradovanın xatirəsi anılacaq
  29 Yanvar 2020    Oxunub:2784
Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq. Tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.
Azvision.az xəbər verir ki, gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

Rübabə Muradova Azərbaycan səhnəsinin yeganə Leylisi idi ki, heç kimi təkrarlamadı. Amma onun kimi Leyli yaratmaq da heç kimə nəsib olmayıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları”, “Dastan gecələri”, “Aşıq musiqisi”, “Etnik musiqi inciləri” kimi layihələrini davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin, milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır.

Azvision.az



Teqlər: Rübabə-Muradova   Xalq-artisiti  





Xəbər lenti