Ermənilərin növbəti təxribatı

  14 Mart 2013    Oxunub : 616
Ermənilərin növbəti təxribatı
Ermənilər Azərbaycan nümayəndə heyətinin Kaliforniya Senatına səfərinə qarşı etiraz aksiyası keçiriblər.
ABŞ-ın Kaliforniya Ştatının erməni icması Azərbaycan parlamenti və Dövlət Neft Şirkətinin nümayəndə heyətinin Senata səfərinə etiraz olaraq yerli Kapitoli qarşısında aksiya keçiriblər.

Kaliforniya Parlamentinin erməni əsilli üzvləri Kaço Açacyan, Adrin Nazaryan, Cim Paterson və Skot Uilk də Erməni Gənclər Federasiyası və ANKA-nın təşkil etdiyi aksiyaya qoşulublar.

Özlərini hər zamankı kimi günahsız, yazıq kimi göstərməyi bacaran ermənilər bu dəfə də ikiüzlülük bacarıqlarından məharətlə istifadə edərək beynəlxalq ictimaiyyəti aldatmağa cəhd ediblər. Guya illərdir Azərbaycanlılar deyil, ermənilər zorakılığa, təxribata məruz qalıb. Aksiya zamanı əsl təxribatçıların bariz nümayəndələrindən biri Adrin Nazaryan hətta Senatın özünü də ermənilərə qarşı təxribatda günahlandırıb.

“Əliyev rejiminin nümayəndələrinin Senatda qəbul olunması Bakıya pis məsajlar göndərməkdir. Bu ABŞ-ın demokratik islahatlara çağırışlarına ziddir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq səylərə mane olur. Sumqayıtda, Bakıda, Gəncədə, Marağada ermənilərin talan edilməsindən 25 il sonra, Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa qarşı təhdid və aqressiyası davam edir.”

Yəni beynəlxalq ictimaiyyət o qədər axmaqdır ki, işğalçını zərərçəkəndən ayırd edə bilməyə? 20% ərazisi ermənilər tərəfindən işğal edilən,1 milyon insanı qaçqın və məcburi köçkün olan Azərbaycanmı təxribatçıdır, yoxsa bütün beynəlxalq qaydalara zidd olaraq həmin torpaqlarda istədiyi kimi at oynadan Ermənistanmı? O ki qaldı təhdidlərə, 3-5 erməni ilə senat qarşısında haray qışqırıq salanlar “işğal olunmuş torpaqlarımdan geri çəkilin” deyə haqqını tələb edən Azərbaycanın bu haqqını təhdid kimi qəbul edirlərsə qoy etsinlər.

Məlumat üçün onu da qeyd edək ki, Kaliforniyaya səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində 4 parlamentari və ARDNŞ-ın 3 nümayəndəsi olub. Onların şərəfinə keçirilən mərasim zamanı Kaliforniya ştatının senatoru Liland Yi Senatı tərk edib.

Səbinə Həsənova

AzVision.az

Teqlər: