Ərdoğandan ABŞ-a F-35 tələbi

 Ərdoğandan ABŞ-a F-35 tələbi
  29 Yanvar 2020    Oxunub:1958
ABŞ ya Türkiyəyə F-35 qırıcılarının tədarükünü tamamlamalı, ya da müqavilə çərçivəsində artıq ödədiyi pulu qaytarmalıdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiyanın S-400 zenit-raket sistemləri ilə bağlı sazişin başa çatdığını və yenidən baxılmasının Ankara üçün müzakirə mövzusu olmadığını söyləyib.

Ərdoğan əlavə edib ki, ABŞ F-35 ilə əlaqəli münasibətini dəyişməsə, Türkiyə təyyarələri başqa yerdən alacaq, yaxud özü istehsal edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti