İrəvanda atışma olub

İrəvanda atışma olub
  29 Yanvar 2020    Oxunub:3452
Yanvarın 28-də axşam saatlarında Ermənistanın paytaxtı İrəvan şəhərində atışma baş verib.
Azvision.az “News.am”a istinadən xəbər verir ki, insident Vantsyan küçəsində qeydə alınıb. Hadisə yerindən tapança və avtomat silahının patron və gilizləri götürülüb.

Bundan başqa, ərazidə “Opel” markalı avtomobil, həmçinin atışma nəticəsində zədələnmiş “Qazel” markalı yük maşını aşkar edilib. Hüquq-mühafizə orqanları zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Atışma  





Xəbər lenti