Türkiyə XİN Trampın planını kəskin tənqid etdi

 Türkiyə XİN Trampın planını kəskin tənqid etdi
  29 Yanvar 2020    Oxunub:2222
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın təklif etdiyi İsrail-Fələstin probleminin nizamlanması ilə bağlı planı kəskin tənqid edib.

Azvision.az Türkiyə XİN-ə istinadla xəbər verir ki, açıqlamada ABŞ-ın sözdə sülh planının ölü doğulduğu bildirilib.
“ABŞ-ın sözdə sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür”.

XİN bəyan edib ki, Qüds Türkiyənin qırmızı xəttidir: “Qüds bizim qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara imkan verməyəcəyik. Biz hər zaman qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”.

Açıqlamada daha sonra vurğulanıb ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir. İşğal siyasətinə son qoymadan Orta Şərqə sülh gələ bilməz.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Tramp  





Xəbər lenti