“ABAD”çılar 2 milyon manatdan çox gəlir əldə ediblər

  28 Yanvar 2020    Oxunub : 1454
 “ABAD”çılar 2 milyon manatdan çox gəlir əldə ediblər
İndiyədək “ABAD”çılar 2 milyon manatdan çox gəlir əldə ediblər.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 2019-cu ildəki fəaliyyətinə və cari ildəki planlara dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, “ABAD” vasitəsi ilə 3 milyon manat həcmində ümumi dövriyyə təmin edilib.

Bundan başqa, Ü.Mehdiyev qeyd edib ki, Qubada ABAD qablaşdırma fabriki fəaliyyətə başlayacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ÜlviMehdiyev   ASANxidmət