Məktəblərə şagirdlər üçün avtobuslar veriləcək

  27 Yanvar 2020    Oxunub : 2375
 Məktəblərə şagirdlər üçün avtobuslar veriləcək
Yeni tədris ilindən Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlanılıb.
"Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra yerlərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkil edilməsinə nail olacağıq. Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək", - deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Şagird   Avtobus