Sabirabadda qadını şantaj edən şəxs saxlanılıb

  24 Yanvar 2020    Oxunub : 1463
Sabirabadda qadını şantaj edən şəxs saxlanılıb
Sabirabad Rayon Poli Şöbəsinə hədə-qorxu ilə tələb etmə barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabirabad şəhər sakini olan qadın müraciətində 2019-cu ilin avqust ayında Saatlı rayon sakini F.Məhərrəmovun zəng edib onun və qohumlarının şəkillərini əldə etdiyini, sosial şəbəkədə yerləşdirib barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan 3800 manat və 2000 manat dəyərində qızıl boyunbağısını aldığını, sentyabrın 18-də isə onun yaşadığı evə gələrək azyaşlı oğlunun boğazına bıçaq tutaraq polisə verdiyi şikayət ərizəsini geri götürməsini və bu məsələnin həll edilməsi üçün yenidən 5000 manat verməsini tələb etdiyini bildirib.

Lakin bu zaman səs-küy yarandığından F.Məhərrəmov hadisə yerini tərk edib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov saxlanılıb.


Azvision.az

Teqlər: DİN