7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
  21 Yanvar 2020    Oxunub:2534
2019-cu ildə respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.

R.Zeynalov bildirib ki, yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar. Onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb.

Ümumilikdə qayda pozuntularına görə, 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti