Cinayət törədən 34 nəfər saxlanılıb

  21 Yanvar 2020    Oxunub : 1555
Cinayət törədən 34 nəfər saxlanılıb
2020-ci il yanvar ayının 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət   Kriminal