“Masters” turnirində 3 şahmatçımız iştirak edəcək

  20 Yanvar 2020    Oxunub : 2174
“Masters” turnirində 3 şahmatçımız iştirak edəcək
Yanvarın 21-də nüfuzlu şahmat yarışlarından olan “Gibraltar International Chess Festival 2020” turniri start götürəcək.
Azvision.az xəbər verir ki, Cəbəllütariqdə keçiriləcək və 10 turdan ibarət olacaq festivalın “Masters” turnirində Azərbaycanın 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Günay Məmmədzadə mübarizə aparacaqlar.

“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Bu il festivalın “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılacaq ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Azvision.az

Teqlər: Şahmat