Bakıda 97 avtobus xətdən kənarlaşdırıldı

 Bakıda 97 avtobus xətdən kənarlaşdırıldı
  21 Dekabr 2013    Oxunub:1100
Son 5-6 gündə Bakıda aparılan reydlər nəticəsində 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb. Bununla bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, avtobuslar əsasən sənədsiz və nasaz idarə olunduğundan idarəetmədən kənarlaşdırılıb. Bunların arasında avtobusların sənədsiz idarə edilməsinə daha çox rast gəlinir.

Onun sözlərinə görə, reydlər zamanı 150-dən çox avtobus sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

K.Əliyev bildirib ki, bu reydlər davamlı olacaq.

Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər".

Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb. (trend)


Teqlər:





Xəbər lenti