Seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək

  16 Yanvar 2020    Oxunub : 1746
Seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək
"Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə maraq böyükdür".
Azvision.az xəbər verir ki, bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək: “Mətbuat Şurası seçki günü öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. "Qaynar xətt"ə daxil olan məlumatlar öncə Mərkəzi Seçki Komissiyasına ötürüləcək. Əvvəlki seçkilərdə "qaynar xətt"ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də elə olacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcək”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:   Sədr