Makron Zelenskinin dəvətini qəbul etdi

  11 Yanvar 2020    Oxunub : 1875
Makron Zelenskinin dəvətini qəbul etdi
Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin dəvətini qəbul edib.
Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, Makron Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək.

Bundan əlavə, Makron, Zelenski və Almaniya Kansleri Angela Merkel yaxın zamanda üçtərəfli telefon danışığı aparacaqlar. Liderlər Donbassdakı vəziyyəti müzakirə edəcəklər.

Azvision.az

Teqlər: Makron   Zelenski