Pakistanda məsciddə partlayış: 15 ölü, 20 yaralı

  10 Yanvar 2020    Oxunub : 2014
Pakistanda məsciddə partlayış: 15 ölü, 20 yaralı
Pakistanın Kvetta şəhərində məsciddə partlayış baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. Ölənlərdən biri şəhər polisinin rəhbər müavinidir.

Partlayışın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Pakistan   Məscid   Partlayış