Aprel şəhidinin xanımı deputatlığa namizəd oldu - FOTO

Aprel şəhidinin xanımı deputatlığa namizəd oldu -  FOTO
  09 Yanvar 2020    Oxunub:36835
Aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Bu barədə Azvision.az -a şəhidin xanımı özü məlumat verib. O, 36 saylı Xətai dördüncü seçki dairəsini parlamentdə təmsil etmək istədiyini bildirib.

"Ən qısa zamanda imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edəcəyik. Çox istərdim ki, seçkidən qalib ayrılım".

Qeyd edək ki, P.Musazadə “Şəhid övladları və kimsəsiz uşaqlara yardim” İB-nin sədri kimi ictimai fəaliyyət göstərir.





Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Pilot   Həyatyoldaşı  





Xəbər lenti