“Qoca və Mələk” növbəti dəfə səhnədə

“Qoca və Mələk” növbəti dəfə səhnədə
  05 Yanvar 2020    Oxunub:3243
Yanvarın 11-də Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” növbəti dəfə nümayiş olunacaq.
Azvision.az teatra istinadən xəbər verir ki, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Azvision.az



Teqlər: Teatr  





Xəbər lenti