Süleymaninin dəfn yeri və vaxtı məlum oldu

  04 Yanvar 2020    Oxunub : 2333
Süleymaninin dəfn yeri və vaxtı məlum oldu
İraqda ABŞ-ın hücumu nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçilәr Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin mərhum komandanı, general Qasım Süleymaninin cənazəsi bazar günü Kirman şəhərində dəfn ediləcək.
Azvision.az xəbər verir ki, generalla ilk vida mərasimi sabah İraqın paytaxtı Bağdadda keçiriləcək. Daha sonra onun cənazəsi Tehrana yola salınacaq.

Bazar günü Tehran Universitetində İranın Ali dini lideri Əli Xameneinin iştirakı ilə ikinci vida mərasimi baş tutacaq. Süleymaninin nəşi doğma Kirman şəhərində torpağa tapşırılacaq.

Azvision.az

Teqlər: İran   General