Metroda qatarların hərəkətində fasilə yaranıb

  31 Dekabr 2019    Oxunub : 1492
Metroda qatarların hərəkətində fasilə yaranıb
Bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub.

"Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü "İçərişəhər" stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti dayandırılıb. Təxminən 5 dəqiqəlik fasilə yaranıb. Metroda heç bir tüstülənmə və yanğın olmayıb", - deyə QSC rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Metro