Tokayev: “Günahkarlar layiqli cəza alacaq”

  27 Dekabr 2019    Oxunub : 2080
 Tokayev: “Günahkarlar layiqli cəza alacaq”
Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev Almatı Hava Limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Azvision.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Prezident faciədə günahkar olanların hamısının layiqli cəza alacaqlarına söz verib.

“Təyyarə qəzasında həlak olan insanların ailələrinə, dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərə yardım göstəriləcək", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 12-nin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan   Tokayev