Ərəbistanda uşaqların evlənməsi qadağan edilib

  26 Dekabr 2019    Oxunub : 1670
Ərəbistanda uşaqların evlənməsi qadağan edilib
Səudiyyə Ərəbistanında 18 yaşından aşağı nikaha girmək qadağan edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin ədliyyə naziri Vəlid əl-Samaani bütün məhkəmələrə qadağa bildirişi göndərib. Hazırda 18 yaşından aşağı nikaha girmək istəyənlər üçün evliliyin yeniyetmənin həqiqi mənafeyinə uyğun olub-olmadığını və ona nə dərəcədə zərər verə biləcəyini təsdiqləyən xüsusi məhkəmə qərarı tələb olunur.

Bu ilin yanvar ayında isə krallıqda 15 yaşınadək uşaqlara evlənmək qadağan edilib. Bundan əvvəl, evlilik üçün minimum yaş ölkə qanunlarında göstərilməmişdi.

Qeyd edək ki, dekabrın əvvəlində Səudiyyə Ərəbistanı G20-nin sədrliyində Yaponiyanı əvəz edib. Dövlət öz prioritetləri kimi iqlim dəyişikliyinə qarşı mübarizə və qadın hüquqlarının müdafiəsini elan edib.

Dünya İqtisadi Forumunun məlumatına görə, Səudiyyə Ərəbistanı gender bərabərliyi baxımından 149 ölkə arasında 141-ci yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərəbistan   Səudiyyə