Futbol tarixinin ən yaxşı rəmzi komandası

  25 Dekabr 2019    Oxunub : 1715
Futbol tarixinin ən yaxşı rəmzi komandası
İspaniyanın AS nəşri futbol tarixinin ən yaxşı rəmzi komandasını tərtib edib.
Azvision.az xəbər verir ki, rəmzi komandanın qapıçısı SSRİ millisinin üzvü Lev Yaşin olub. Müdafiəçi mövqeyində braziliyalı Kafu, ingiltərəli Bobbi Mur, almaniyalı Frans Bekkenbauer və italiyalı Paolo Maldini yer alıblar.

Yohan Kroyff (Niderland), Zinəddin Zidan (Fransa), Dieqo Maradona (Argentina) və Alfredo Di Stefano (Argentina) yarımmüdafiəçi mövqeyini tamamlayıblar. Komandanın hücumçuları isə braziliyalı ulduz futbolçu Pele və “Barselona”nın argentinalı hücumçusu Lionel Messi olub.

Qeyd edək ki, Portuqaliya millisinin və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo rəmzi komandada yer almayıb.

Azvision.az

Teqlər: Futbol   Komanda