Antisanitar şəraitdə olan daha bir sex aşkarlandı - FOTOLAR
Məhsulların heç bir laborator analizinin aparılmadığı və müşahidəedici sənədlərin alınmadığı, istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Eyni zamanda məhsul qablaşdırılarkən etiketlənməsi vacib olan məlumatlıardan istifadə edilmədiyi aşkarlanıb.
Yoxlama zamanı məlum olub ki, pendir və yağ istehsalı olan hissədə istehsal yeri texniki sənədlərin tələblərini əks etdirmir. Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Azvision.az
Teqlər: AQTA