Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

  24 Dekabr 2019    Oxunub : 1792
 Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub
Dekabrın 24-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qırğızıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Təbrik   Ad-Günü   Qırğızıstan