2019-cu ildə Naxçıvana 77 milyon manat pul ayrılıb

  21 Dekabr 2019    Oxunub : 2295
2019-cu ildə Naxçıvana 77 milyon manat pul ayrılıb
Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı müvafiq Fərman və Sərəncamlara əsasən, Naxçıvan Muxtar Respublikasına ümumilikdə 77 milyon manatdan artıq vəsait ayrılıb. Bu isə muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyətə malik olub.
Azvision.az xəbər verir ki, bu barədə dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında bildirilib.

Qeyd olunub ki, həmin vəsait muxtar respublikanın rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması, Ordubad Su Elektrik Stansiyasının tikintisi, çoxmənzilli binaların dam örtüklərinin təmiri və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Şərur Sənaye Məhəlləsinin yaradılması, əhalinin içməli suya tələbatının ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının layihələndirilməsi, əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması, Süni Mayalanma Mərkəzinin yaradılması, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə ayrılıb.

Azvision.az

Teqlər: Naxçıvan