“Qəbələ” və “Zirə” yarımfinala çıxdı

  19 Dekabr 2019    Oxunub : 1865
“Qəbələ” və “Zirə” yarımfinala çıxdı
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Belə ki, "Zirə" öz meydanında "Səbail"i qəbul edib. Görüşdə 1:0 hesabı ilə qələbə qazanan meydan sahibləri ilk oyunun (qolsuz heç-heçə) nəticəsinə görə növbəti mərhələyə yüksəliblər.

Günün digər matçında "Sabah" "Qəbələ" ilə üz-üzə gəlib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn Qəbələ təmsilçisi bu dəfə də rəqibindən üstün olub. Bakıdakı matç 3:2 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsində "Qəbələ" yarımfinala vəsiqə qazanıb.

Azvision.az

Teqlər: Qəbələ   Zirə