Zelenski Donbasın xüsusi statusu ilə bağlı fərman imzaladı

  18 Dekabr 2019    Oxunub : 1972
Zelenski Donbasın xüsusi statusu ilə bağlı fərman imzaladı
Ukrayna Prezidenti Vladimir Zelenski “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydası” haqqında qanunun 2020-ci ilin sonuna qədər uzadılması barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında yerləşdirilib.

Qeyd olunub ki, fərman rəsmi mətbuatda dərc olunan gündən qüvvəyə minir.

Azvision.az

Teqlər: Zelenski   Donbas   Status   Fərman