Bakıda Zelenskinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Vladimir Zelenski Azərbaycan əsgərlərini salamladı. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident Zelenski