Paytaxtda 2 məktəbin binası sökülərək yenidən tikilir

  16 Dekabr 2019    Oxunub : 1229
Paytaxtda 2 məktəbin binası sökülərək yenidən tikilir
2019-cu ildə Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb.
Azvision.az xəbər verir ki, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev ilin yekunları ilə bağlı çıxışında deyib.

Onun sözlərinə görə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.

“Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Təhsil