“Əli Kərimli istəyərdi ki, Gülalıyevin ailəsi çətinlikdə qalsın” - Deputat
"Ancaq müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu məsələdə də siyasi xal yığmağa çalışır. O sosial şəbəkədəki səhifəsində müraciət ünvanalayaraq Oqtay Gülalıyevin müalicəsi üçün pul toplamağa çağırış edib. Kərimli qəzaya düşən Oqtay Gülalıyevin müalicəsinin xərcinin Heydər Əliyev Fondu tərəfindən aparıldığını yaxşı bilir. Ancaq gedişatın belə getməsini heç istəməzdi. O, istəyərdi ki, qəzaya düşən şəxsin ailəsi çətinlikdə qalsın və yaranmış vəziyyətdən hakimiyyətə qarşı ittiham kimi istifadə etsin".
A.Mirzəzadə qeyd edib ki, son dövrlərdə Əli Kərimli gündəmdə qalmaq üçün yeni mövzu tapa bilmir: "Mitinq təşkil edə bilmir, qəbul edilən ölkə büdcəsinə irad tuta bilmədi, bütün cəhdlərinə baxmayaraq, seçkini boykot çağırışı da dəstəklənmir. Ona görə də problem yoxdursa, onu uydurmağa üstünlük verir, hətta bu kiminsə həyatı ilə oynamaqla bağlı olsa da".
Azvision.az
Teqlər: Aydın-Mirzəzadə Əli-Kərimli Heydər-Əliyev-Fondu Oqtay-Gülalıyev Müalicə