Bu gün GUAM hökumət başçılarının sammiti keçiriləcək

Bu gün GUAM hökumət başçılarının sammiti keçiriləcək
  12 Dekabr 2019    Oxunub:1753
Bu gün Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) hökumət başçılarının sammiti keçiriləcək.
Azvision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, görüşün mövzusu ticarət və nəqliyyata yardım üzrə GUAM-ın əsas layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı olacaq.

Sammitdə Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək. Yekunda tərəflər protokol sənədlərini imzalayacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: GUAM   Kİyev   Hökumət  





Xəbər lenti