Fransada minimum pensiya min avro olacaq

Fransada minimum pensiya min avro olacaq
  12 Dekabr 2019    Oxunub:2344
Fransada 2022-ci ildə minimum pensiya min avroyadək artırılacaq.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş Naziri Eduar Filipp açıqlama verib.

Hökumət rəhbəri ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib. Baş Nazir bildirib ki, yeni qanun 2022-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda Fransada minimum pensiya 636 avrodur.

Azvision.az



Teqlər: Fransa   Pensiya  





Xəbər lenti