Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edildi

  11 Dekabr 2019    Oxunub : 2663
Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edildi
Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12–də Nizami Kino Mərkəzinin repertuarına dəyişiklik edilib.

Kinomərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxil olunub. Filmin seansları saat 13:10 və15-30-da keçiriləcək. Seanslara giriş sərbəstdir.

Həmçinin dekabrın 12-də Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırılacaq.

Azvision.az

Teqlər: Kino   Mərkəzi