Azərbaycanın 2 deputatı Gürcüstana gedir

Azərbaycanın 2 deputatı Gürcüstana gedir
  06 Dekabr 2019    Oxunub:2041
Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.
Azvision.az xəbər verir ki, sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.

Deputatlarımız qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər dekabrın 10-da başa çatacaq.

Azvision.az


Teqlər: Deputat   Gürcüstan   Səfər  





Xəbər lenti