“Tağıyevin heykəlini natural ölçüdə işləyirik” - Xalq rəssamı

  “Tağıyevin heykəlini natural ölçüdə işləyirik” -    Xalq rəssamı
  06 Dekabr 2019    Oxunub:2676
“Çalışırıq ki, Tağıyevin heykəlini mart ayına kimi təhvil verək. Hazırda konkret qrafik üzrə işləyirik”
Bunu Azvision.az -a açıqlamasında Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi olan Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, heykəl üzərində işlər natural ölçüdə gedir: "İşlər normaldır, heç bir problem yoxdur. Dəqiq qrafiklə işləyirik. Çalışırıq ki, mart ayına kimi işimizi bitirək. Havalar yaxşıdır, rahat işləyirik”.



Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.



Şahanə Rəhimli
Azvision.az



Teqlər: TağıyevHeykəl  





Xəbər lenti