Bir gündə 650 min ağacın əkilməsinə start verildi - FOTOLAR

 Bir gündə 650 min ağacın əkilməsinə start verildi -  FOTOLAR
  06 Dekabr 2019    Oxunub:6543
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixində ölkə üzrə bir gündə 650 min ağac əkilir.
Azvision.az xəbər verir ki, Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

































Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Nəsimi   Ağac   Kampaniya  





Xəbər lenti