Bu gün Azərbaycanda 650 min ağac əkiləcək

 Bu gün Azərbaycanda 650 min ağac əkiləcək
  06 Dekabr 2019    Oxunub:2828
Bu gün Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası gerçəkləşəcək.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək.

“Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək.

Azvision.az



Teqlər: Ağac   Kampaniya  





Xəbər lenti