Çavuşoğlu ATƏT-in iclasında: “Qarabağ münaqişəsi həllini tapmalıdır”

  05 Dekabr 2019    Oxunub : 1527
Çavuşoğlu ATƏT-in iclasında: “Qarabağ münaqişəsi həllini tapmalıdır”
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həllini tapmalıdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

XİN rəhbəri Gürcüstan, Moldova və Azərbaycanda münaqişələrin hələ də həll olunmamış qaldığını diqqətə çatdırıb. Bildirib ki, Dağlıq Qarabağ problemi həll olunmamış qalır və Azərbaycanın ərazilərinin işğalı davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Çavuşoğlu   Qarabağ