Elmi Cavab #10: Gələcəyin insanı necə olacaq? – VİDEO

      Elmi Cavab #10:    Gələcəyin insanı necə olacaq? –    VİDEO
  04 Dekabr 2019    Oxunub:27921
Azvision.az “Elmi Cavab” layihəsinin 10-cu buraxılışını oxucularına təqdim edir. Bu layihə çərçivəsində elm adamları ilə söhbətlər edilir, insanlar üçün qaranlıq qalan suallara elmin gözü ilə baxılır.
Onuncu verilişin mövzusu insanın gələcəyidir. Biz “təkamül” deyəndə adətən uzaq keçmişi nəzərdə tuturuq. Halbuki, təkamül davam edir və insanı yeni dəyişikliklərə doğru aparır. Elə isə, gələcəyin insanı necə olacaq? Elmin və texnikanın inkişafını nəzərə alsaq, bioloji təkamülün artıq bitdiyini, insanın bioloji növ olaraq öz inkişafına nəzarəti öz əlinə aldığını deyə bilərikmi?

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov un təqdim etdiyi verilişdə bu və digər suallara nevroloq, elmin populyarizatoru Qalib Əsədov aydınlıq gətirir.





Teqlər: Elmi-Cavab  





Xəbər lenti