İİV-lə yaşayan 5741 nəfər müalicəyə cəlb olunub

  02 Dekabr 2019    Oxunub : 1177
İİV-lə yaşayan 5741 nəfər müalicəyə cəlb olunub
"2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub".
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, onların 761 nəfəri bu ilin 11 ayı ərzində müalicəyə başlayıb: "2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV- infeksiyasının müalicəsində "Test-Treat" strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur.

Ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85%-ə qədəri ARV terapiya ilə təmin olunub".

Aytən Zəhra
Azvision.az

Teqlər: QİÇS   İİV