Məktəb psixoloqları üçün imtahan keçiriləcək

Məktəb psixoloqları üçün imtahan keçiriləcək
  29 Noyabr 2019    Oxunub:1685
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə məlumat verib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək.

"Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti