Yağışdan sonra çaylardakı vəziyyət
Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 56 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 51 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr təşkil edir. Bu da ongünlük normadan çox olmaqla onun 110 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr artaraq 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 153 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr artaraq 113 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr artaraq 161 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 santimetr azalaraq 34 santimetrə bərabər olub.
Azvision.az