Sabirabadda ev yanıb, 1 nəfər xəsarəti alıb

  19 Noyabr 2019    Oxunub : 918
Sabirabadda ev yanıb, 1 nəfər xəsarəti alıb
Sabirabad rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 110 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın