1 yaşlı uşaq yol qəzasının qurbanı oldu

1 yaşlı uşaq yol qəzasının qurbanı oldu
  19 Noyabr 2019    Oxunub:2021
Noyabrın 18-də saat 17 radələrində Quba rayonunun İspik kəndi ərazisində Zərdabi kənd sakini Elnur Qədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, qəza nəticəsində xəstəxanaya gətirilən sərnişin – sürücünün bacısı oğlu, 1 yaşlı Polad orada ölüb. Quba RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti