Prezident Pirşağı stansiyasının açılışında - VİDEO+FOTOLAR (Yenilənib)

  19 Noyabr 2019    Oxunub : 5170
Prezident Pirşağı stansiyasının açılışında - VİDEO+FOTOLAR (Yenilənib)
Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.



Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına yola düşdü. Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Prezident İlham Əliyev “Zabrat-2” stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb. Sonra dövlətimizin başçısı “Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşdü.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verildi. Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşdü, son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışdı.

Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət etdi. Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış oldu.





































Azvision.az

Teqlər: Prezident   Pirşağı   Stansiya   Açılış